PKK liderinin avtomobilini havaya uçurublar

PKK liderinin avtomobilini havaya uçurublar

13 İyul 2016 15:11
Bəyəndim (0) Bəyənmədim (0)

Müalicə üçün Suriyanın Qamışlı rayonuna gedən PKK lideri Bahoz Erdalın avtomobili müalicədən geri qayıdarkən havaya uçurulub.

Avropa.info xəbər verir ki, əsl adı Fəhman Hüseyn olan terrorçunun avtomobili şəhərin 3 km qərbində yerləşən Himo bölgəsindəki düşərgədən çıxarkən partladılıb.

Əldə olunan məlumata görə, Bahozun avtomobildə oturduğu oturacağın altına bomba yerləşdirildiyi iddia olunur.

PKK-nı idarə edən simalardan sayılan Bahoz Erdal ləqəbli terrorçunun Suriyada Əsəd rejiminə qarşı döyüşən Tel Hamis briqadası tərəfindən öldürülməsi ilə bağlı yeni məlumatlar üzə çıxıb.

Türkiyə kəşfiyyatının həyata keçirdiyi əməliyyat nəticəsində Bahoz Erdalən amerikalılarla birlikdə İŞİD-ə qarşı hazırlanan Menbiç əməliyyatını idarə etdiyi müəyyən olunub. Bundan sonra isə Bahoz izlənilib.

İddialara görə, Tel Hamis briqadasının üzvləri Bahozu addım-addım izlədikdən sonra ən münasib yeri müəyyən edərək onun avtomobilini partladıblar.

Mediainfo.az