Qazaxıstan XİN: Astana sammitinə qədər əlavə görüşə ehtiyac var

Qazaxıstan XİN: Astana sammitinə qədər əlavə görüşə ehtiyac var

13 İyul 2016 15:00
227
Bəyəndim (0) Bəyənmədim (0)

Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın hazırlanması ilə bağlı əlavə görüşə ehtiyac var.

Apa-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov ölkənin baş naziri Kərim Masimovun Xəzəryanı ölkələrin xarici işlər nazirləri ilə keçirdiyi görüşdə deyib. O bildirib ki, Konvensiyanın hazırlanması üzrə bir sıra razılaşdırılmamış məsələlər hələ də qalır.

Nazir qeyd edib ki, Astanada keçirilən məsləhətləşmələrdə əsas diqqəti Konvensiyanın razılaşdırılmasına yönəldiblər: "Biz dünən işə başlamışıq, iki işçi iclas keçirmişik. Bu gün isə tam tərkibdə plenar iclas baş tutdu. Yenə görüşlər olacaq. Müəyyən irəliləyiş var, lakin üzərində işlənilməli olan məsələlər də mövcuddur".

Y. İdrisov bəyan edib ki, nümayəndə heyətləri konstruktivlik nümayiş etdirirlər və indiki məsləhətləşmələr çərçivəsində aparılan işə töhfə vermək üçün çalışırlar: "Lakin görünür, sammitə kimi əlavə görüşün keçirilməsinə ehtiyac var".

Mediainfo.az