İran XİN:  “Azərbaycanın Suriya mövqeyi də Rusiya və İranın mövqelərinə çox yaxındır”

İran XİN: “Azərbaycanın Suriya mövqeyi də Rusiya və İranın mövqelərinə çox yaxındır”

13 İyul 2016 14:19
Bəyəndim (0) Bəyənmədim (0)

İran prezidenti Həsən Ruhani avqustun 8-də Bakıda Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan-Rusiya-İran üçtərəfli sammiti çərçivəsində ikitərəfli görüş keçirmək niyyətindədir.

"RİA Novosti" xəbər verir ki, bunu deyən İran XİN başçısının müavini İbrahim Rəhimpur tərəflərin həmçinin Suriya məsələsini müzakirə edəcəklərini bildirib.

"Şübhəsiz ki, prezidentlərin ikitərəfli görüşü keçiriləcək", - Rəhimpur deyib.

"Rusiya və İran Suriya üzrə ciddi işbirliyindədirlər və bu yaxşı nəticələr verir. Həmin işbirliyi sülh prosesi üçün çox vacibdir", - İran XİN rəsmisi bildirib və əlavə edib ki, siyasi proses də müzakirə mövzusu olacaq.

"Qeyd etmək lazımdır ki, Azərbaycanın Suriya mövqeyi də Rusiya və İranın bu mövzuda mövqelərinə çox yaxındır. Xüsusilə, Suriya münaqişəsinin sülh yolu ilə həlli və terrorçuluğun kökünün kəsilməsi məsələsində", - Rəhimpur əlavə edib.

Mediainfo.az