Prezident baş qərargah rəisini istefaya göndərir

Prezident baş qərargah rəisini istefaya göndərir

12 İyul 2016 12:20
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan hakimiyyətinin "başın"da duranların uğursuz vərdişləri diqqətdən yayınmır. Hər hansı məmurun yerinə onun oğlunun gətirilməsi buna bariz nümunə göstərilir. Hazırki mexanizm Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yuri Xaçaturova da tətbiq ediləcək

Politika.Az
Ermənistanın "İrates" qazetinə istinadən xəbər verir ki, Y. Xaçaturovun oğlu Qriqori Xaçaturov prezidentin sərəncamı ilə 5 il müddətinə 3-cü ordu korpusunun komandanı təyin edilib.

Sarksiyan 2010-cu ildə Q. Xaçaturovun işdə yol verdiyi nöqsanlara görə 4-cü ordu korpusunun rəhbəri vəzifəsindən azad olunmasını nəzərə almadı. İqtidar general Yuri Xaçaturovu vətən qarşısında "borcu yerinə yetirdiyi" üçün "əliboş", "mükafatsız" buraxmayacığını nümayiş etdirdi. Çünki, generalı başqa cürə yerindən tərpətmək mümkün olmazdı.

Odur ki, hazırda Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yuri Xaçaturovun istefaya gedəcəyi və onun yerinə oğlu Qriqori Xaçaturovun gələcəyi gözlənilir. "Artıq bununla bağlı hazırlıqlara başlanıb" - deyə qəzet bildirib.

Mediainfo.az