Qəddafinin kəlləsinə 1.3 milyon dollar mükafat qoyuldu

Qəddafinin kəlləsinə 1.3 milyon dollar mükafat qoyuldu

25 Avqust 2011 11:51
Bəyəndim (0) Bəyənmədim (0)
Onu ölü və ya diri təslim edən şəxs milyonçu olacaq

Liviyalı müxaliflərin məngənəsi daralır. Müəmmər Qəddafini ölü, ya da diri gətirənlərə 1.3 milyon dollar vəd edən üsyançılar eyni zamanda həmin şəxslərin əfv ediləcəyini də yüksək səslə açıqladılar. Söylənilənlərə görə, ödül Benqazili adı açıqlanmayan bir iş adamı tərəfindən verilir.

Amma hələ ki, Qəddafi və ailəsinin harada gizləndikləri ilə bağlı olan sualın cavabını tapan şəxslər ortaya çıxmayıblar.

Ölüm var ki həyat qədər dəyərli, həyat var ki ölümdən də zərərli.

Günel Həbib

O.M.