Lavrov: "Hazırkı müzakirələr prezidentlərin görüşündə əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində vacib addımdır"

Lavrov: "Hazırkı müzakirələr prezidentlərin görüşündə əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində vacib addımdır"

12 İyul 2016 11:18
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycan prezidenti ilə ətraflı və səmimi müzakirələr aparmışıq. Müzakirələr faydalı keçib. Əsas müzakirə mövzusu isə Dağlıq Qarabağ münaqişəsinin həlli olub. Hazırkı müzakirələr prezidentlərin görüşü zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində vacib addımdır".

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçiriən birgə mətbuat konfransında deyib.

S. Lavrov Rusiya ilə münasibətlərin bütün sahələrinin inkişafına verdiyi töhfəyə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü də bildirib: "Müzakirələrdə ticari-iqtisadi münasibətlərin inkisafına təkan verilməsinin zəruriliyi vurğulandı. Hər iki ölkənin XİN-i də bu səylərə dəstək verəcək. Həmçinin "Cənub-Şimal dəhlizi barədə müzakirələr apardıq. Bununla bağlı yaxın vaxtlarda prezidentlərin üçtərəfli görüşü baş tutacaq".

S. Lavrov səfərinin ümumilikdə məhsuldar olduğunu da qeyd edib. (apa)

Mediainfo.az