Eduard Şarmazanov: “Ermənistan hətta Madrid prinsipləri əsasında danışıqlar aparmağa hazırdır”

Eduard Şarmazanov: “Ermənistan hətta Madrid prinsipləri əsasında danışıqlar aparmağa hazırdır”

11 İyul 2016 14:40
Bəyəndim (0) Bəyənmədim (0)

"Ermənistan hətta Madrid prinsipləri əsasında belə danışıqlar aparmağa hazırdır".

Apa-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistan parlamentinin vitse-spikeri, hakim Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib.

O bildirib ki, Madrid prinsipləri Ermənistanın arzusundakı sənəd olmasa da, rəsmi İrəvan onu əsas kimi qəbul edir: "Onun əsasında bir sıra işçi sənədlər, o cümlədən, Azərbaycanın imtina etdiyi Kazan sənədi hazırlanıb".

E. Şarmazanov, həmçinin, vurğulayıb ki, Ermənistan üçün əsas xalqların öz müqəddəratını təyin etməsi prinsipidir: "Xalqların öz müqəddəratını təyin etməsi prinsip, ərazi bütövlüyü isə vasitədir. Vasitə prinsipə xidmət etməlidir, əksinə olmamalıdır. Azərbaycan mərhələli həldən danışırsa, ilk mərhələdə Dağlıq Qarabağın öz müqəddəratını təyin etmə hüququnu tanımalıdır. Belə olan halda "status-kvo" dəyişəcək".

Mediainfo.az