İyulun 14-də Poroşenko Bakıya gələcək

İyulun 14-də Poroşenko Bakıya gələcək

11 İyul 2016 14:17
244
Bəyəndim (0) Bəyənmədim (0)

"Ukrayna prezidenti ilə iyulun 14-də Azərbaycana səfərimiz gözlənilir".

Bunu APA-ya açıqlamasında Ukrayna-Azərbaycan parlamentlərarası İşçi qrupunun rəhbəri Maksim Kuryaçie deyib.

O, P. Poroşenkonu iki günlük səfərdə hökumət üzvləri və iş adamlarından ibarət nümayəndə heyətinin müşayiət edəcəyini, səfər hazırlıqlarının tamamlanmaq üzrə olduğunu qedd edib.

Qeyd edək ki, səfər proqramına Taras Şevçenkonun Bakıdakı abidəsinin ziyarət olunması, ölkə başçılarının təklikdə və nümayəndə heyətləri ilə birlikdə görüşləri, iş adamlarının iştirakı ilə toplantılar və s. daxildir.

Mediainfo.az