Serj Sarqsyan Fransua Ollandla görüşüb

Serj Sarqsyan Fransua Ollandla görüşüb

9 İyul 2016 17:39
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan prezidenti Serj Sarqsyan Polşanın paytaxtı Varşavada fransalı həmkarı Fransua Ollandla görüşüb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. S. Sarqsyan münaqişənin sülh yolu ilə həlli istiqamətində göstərdiyi səylərə görə, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Fransaya təşəkkür edib.

Prezidentlər Vyana və Sankt-Peterburq görüşlərindən sonra qəbul olunan bəyanatlarda əksini tapmış müddəalara riayət olunmasının vacibliyini vurğulayıblar.

Mediainfo.az