NATO-da Qarabağ müzakirəsi

NATO-da Qarabağ müzakirəsi

8 İyul 2016 15:22
Bəyəndim (0) Bəyənmədim (0)

"NATO qarşıdurma axtarmır. Biz soyuq müharibə istəmirik".

Bu sözləri NATO baş katibi Yens Stoltenberq Alyansın Varşavada keçirilən sammitində deyib. Onun sözlərinə görə, Soyuq müharibə tarixdir və bu, tarix olaraq qalmalıdır. Stoltenberq qeyd edib ki, NATO hərbi insident riskini ixtisara salmaq üçün Rusiya ilə konstruktiv dialoq üçün yollar axtarmağa davam edəcək:

"Rusiya bizim böyük qonşumuz və Avropa təhlükəsizliyinin ayrılmaz hissəsidir. Buna görə də stabil dialoq böyük əhəmiyyət daşıyır. Məhz buna görə NATO-Rusiya Şurasını yaratdıq. Bizim üçün hazırda bu formatdan istifadə vacibdir".

Baş katib, həmçinin qeyd edib ki, NATO-nun 4 batalyonunun Şərqi Avropaya yerləşdirilməsi qərarı yaxın günlərdə qəbul ediləcək.

Stoltenberq bəyan edib ki, NATO sammitindəki dövlət və hökumət başçıları Əfqanıstana yardımı davam etdirəcəklərini təsdiqləməlidirlər.

Onun sözlərinə görə, sammit iştirakçıları Varşavada Dağlıq Qarabağ münaqişəsi mövzusuna da toxunacaqlar:

"Mən sammitdə Dağlıq Qarabağ münaqişəsinə toxunacağımızı gözləyirəm. Bizim müraciətimiz bütün tərəfləri gərginlik qradusunu azaltmaq, təcavüzdən uzaq durmaq və danışıqlar yolu ilə dinc həll yolunu tapmaq cəhdlərini davam etdirməkdən ibarət olacaq".

Mediainfo.az