Obama: "Polisə hücum əvvəlcədən planlaşdırılmışdı"

Obama: "Polisə hücum əvvəlcədən planlaşdırılmışdı"

8 İyul 2016 15:09
Bəyəndim (0) Bəyənmədim (0)

"Dallasda beş qanun keçikçisinin ölümü ilə nəticələnən polisə hücum əvvəlcədən planlaşdırılmışdı".

"Report" xəbər verir ki, bu sözləri ABŞ prezidenti Barak Obama Varşavada deyib.

ABŞ dövlət başçısı bu hücumu qınayaraq onu "əxlaqsız və hesablanmış hücum" adlandırıb.

Rusiyaya qarşı olan sanksiyalardan danışan B.Obama ABŞ və Avropa İttifaqının bu məsələdə həmfikir olduqlarını və Minsk razılaşmaları üzrə öhdəliklərin tam yerinə yetirilməsinə qədər sanksiyaların saxlanmasının lehinə olduqlarını qeyd edib.

Mediainfo.az