Türkiyə və Ukrayna prezidentləri arasında görüş keçirilib

Türkiyə və Ukrayna prezidentləri arasında görüş keçirilib

8 İyul 2016 15:05
Bəyəndim (0) Bəyənmədim (0)

NATO sammitinə qatılmaq üçün Varşavada olan Ukrayna prezidenti Pyotr Poroşenko və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.

APA-nın "korrespondent.net" saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna dövlət başçısının mətbuat katibi Svyatoslav Tseqolko özünün "Twitter" səhifəsində yazıb. "Türkiyə prezidenti ilə danışıqlar başlayıb", - deyə o, qeyd edib.

P. Poroşenkonun Polşa prezidenti Anjey Duda, Niderland baş naziri Mark Ryütte, Böyük Britaniya baş naziri Devid Kemeron, ABŞ prezidenti Barak Obama və digər liderlərlə ikitərəfli görüşləri də planlaşdırılır.

Sabah Ukrayna prezidenti Ukrayna-NATO Komissiyasının iclasında iştirak edəcək.

Mediainfo.az