Bu gün Liviyanın Azərbaycandakı səfirliyində Keçid Şurasının bayrağı qaldırılacaq

Bu gün Liviyanın Azərbaycandakı səfirliyində Keçid Şurasının bayrağı qaldırılacaq

24 Avqust 2011 16:23
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Liviyanın Azərbaycandakı səfirliyində Liviya Milli Keçid Şurasının bayrağı qaldırılacaq. Bu barədə APA-ya səfirlikdən məlumat verilib. Qeyd edək ki, dünya ictimaiyyəti artıq Qəddafi rejiminin süquta uğradığını bəyan etsə də, rəsmi Bakı hələlik Liviya Milli Keçid Şurasının legitimliyini tanımır. Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürovun verdiyi məlumata görə, Liviya Keçid Milli Şurası hələlik hakimiyyətdə rəsmi təmsil olunmadığına görə bu şuranın legitimliyi tanınmır.

Xatırladaq ki, bu günədək 30-dan artıq ölkə Liviya Milli Keçid Şurasının legitimliyini tanıyıblar. Onların arasında ABŞ, Bəhreyn, Mərakeş və Misir də var.

Bayraqları bayraq edən üstündəki qandır.

Tofiq Əliyev

O.M.