Klinton Trampı 13 faiz qabaqlayır

Klinton Trampı 13 faiz qabaqlayır

6 İyul 2016 10:46
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidentliyinə Demokratik Partiyasından namizədliyi irəli sürülən Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı xeyli qabaqlayıb.

APA-nın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, agentlik və "İpsos" şirkəti tərəfindən 1-5 iyul tarixində birgə keçirilmiş sorğuya əsasən, Klinton seçicilərin səsinin 46 faizini, Tramp isə 33 faizini toplaya bilər. Seçicilərin 22 faizi isə heç bir namizədə səs vermək istəmədiyini bildirib.

Əvvəlki sorğuda Klinton Trampı 11 faiz qabaqlayıb.

Mediainfo.az