Rusiya XİN: “Münaqişənin həlli prosesinin uğurla nəticələnməsi üçün böyük səy göstərilir”

Rusiya XİN: “Münaqişənin həlli prosesinin uğurla nəticələnməsi üçün böyük səy göstərilir”

4 İyul 2016 16:59
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün çox böyük səy göstərir.

TASS bildirir ki, bunu Yerevanda jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, hazırda gündəmdə Dağlıq Qarabağ münaqişəsinin həlli kimi aktual mövzu var: "Ona görə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Xarici işlər Nazirləri Şurası çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrov ikitərəfli görüşlər keçirir, münaqişənin həlli prosesinin uğurla nəticələnməsi üçün böyük səy göstərir".

Mediainfo.az