TürkPA Baş katibi Gəncəyə gəlib

TürkPA Baş katibi Gəncəyə gəlib

1 İyul 2016 16:41
Bəyəndim (0) Bəyənmədim (0)

TürkPA Baş katibi Jandos Asanov Gəncə şəhərinə səfər edib. Jandos Asanovun Gəncə şəhərinə səfəri çərçivəsində şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayevlə görüşüb.

Baş katib gəlişinin məqsədini açıqlayaraq bildirib ki, Azərbaycanın regionları ilə tanışlıq çərçivəsində ilk səfərini Gəncədən başlayıb.

Millət Vəkili Naqif Həmzəyev qonağı Gəncə şəhərində görməkdən məmnun olduğunu bildirərək, türk xalqları ilə dostluq və əməkdaşlığın vacibliyindən danışıb.

Jandos Asanov təmsil etdiyi qurumdan bəhs edərkən bildirib ki, TürkPA Baş katibliyi parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyası vasitələrinin köməyi ilə dövlətlər arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinə kömək məqsədi daşıyır.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

TürkPA Baş katibi -  Gəncədə
TürkPA Baş katibi -  Gəncədə

Mediainfo.az