Valter Ştaynmayer: "Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşün təşkilinə çalışacağıq"

Valter Ştaynmayer: "Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşün təşkilinə çalışacağıq"

30 İyun 2016 15:12
Bəyəndim (0) Bəyənmədim (0)

ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Dağlıq Qarabağın azərbaycanlı icmasının Dağlıq Qarabağın erməni icması ilə davamlı görüşlərinin keçirilməsi barədə təşəbbüsünü dəstəkləyib.

Apa-nın məlumatına görə, Bakı şəhəri Ramana qəsəbəsi Şuşa şəhərciyində yerləşən N. Gəncəvi adına 4 saylı Xankəndi orta məktəbində şuşalı məcburi köçkünlərlə keçirilən görüşdə icmalar arasında görüşün keçirilməsi təşəbbüsü ilə Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvü, millət vəkili Rövşən Rzayev çıxış edib.

F. V. Ştaynmayer deyib ki, bu təşəbbüsə erməni tərəfinin münasibəti öyrəniləcək: "Biz icmalar arasında belə görüşün keçirilməsinə çalışacağıq".

Mediainfo.az