Lavrov iyulun 4-də İrəvana gələcək

Lavrov iyulun 4-də İrəvana gələcək

28 İyun 2016 15:00
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov iyulun 4-də İrəvana səfər edəcək.
Apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.

Onun sözlərinə görə, rusiyalı nazir iyulun 4-də İrəvanda keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzv ölkələrinin XİN başçılarının iclasında iştirak edəcək: "İclasda beynəlxalq terrorçuluqla birgə mübarizə məsələləri əsas müzakirə mövzusu olacaq".

Mediainfo.az