Sərkisyan: “Biz razılaşdıq ki, üçtərəfli formatda bu görüşlər davam etsin”

Sərkisyan: “Biz razılaşdıq ki, üçtərəfli formatda bu görüşlər davam etsin”

28 İyun 2016 14:21
197
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan prezidenti Serj Sərkisyan "Reuters" agentliyinə müsahibəsində iyunun 20-də Sankt-Peterburqda Azərbaycan prezidenti İlham Əliyevlə görüşünün "faydalı olduğun və gərginliyin azaldılmasına kömək etdiyini" deyib.

Virtualaz.org xəbər verir ki, Sərkisyan bu görüşdə müəyyən razılaşmalar əldə edildiyini vurğulayıb.

"Üçtərəfli formatda görüşlər pozitiv rol oynayır. Əlbətdə, münaqişə zonasında situasiya indi üç ay, altı ay, hətta bir il bundan əvvələ nisbətən daha sakitdir. Hərdən Azərbaycan tərəfi atır, ancaq əsasən atıcı silahlardan"-Sərkisyan bildirib.

Agentlik qeyd edir ki, Peterburq görüşünün mətbuata açıq hissəsində iki siyasətçi şərhlərdə və emosiyalarda xəsislik ediblər, hərçənd iri dəyimir masa ətrafında oturanda nəzakət xatirinə təbəssüm nümayiş etdiriblər.

Sərkisyanın dediyinə görə, Rusiya tərəfinin vasitəçiliyi ilə keçən görüşdə tərəflər atəşkəs rejiminin monitorinqinin gücləndirilməsinə, insidentlərin araşdırılması mexanizminin işlənib hazırlanmasına və ATƏT müşahidəçilərinin sayının artırılmasına dair razılıq əldə ediblər. "Biz habelə razılaşdıq ki, üçtərəfli formatda bu görüşlər davam etsin və ATƏT-in vasitəçiliyi altında danışıqlar prosesi davam etsin"-Sərkisyan deyib.

Ermənistan prezidenti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini özünün siyasi karyerası ilə əlaqələndirib. Onun ikinci prezidentlik müddəti 2018-ci ildə bitir, 2017-ci ildə isə ölkədə parlament seçkiləri keçirilməlidir. "Beş ay əvvəl kimin ağlına gələrdi ki, Devid Kemeron istefa verəcək?" –Sərkisyan Britaniyanın Aİ-dən çıxmasına dair referendumun nəticələrinə istinadən xatırladıb. "Gözləyək, görək hadisələr necə inkişaf edəcək"-o, əlavə edib.

Mediainfo.az