"Brexit”in ''yıxılan domino daşları'' effekti - Hollandiya da Avroppa Birliyindən çıxmaq istəyir?

"Brexit”in ''yıxılan domino daşları'' effekti - Hollandiya da Avroppa Birliyindən çıxmaq istəyir?

24 İyun 2016 11:48
Bəyəndim (0) Bəyənmədim (0)

Hollandiyanın radikal sağ "Azadlıq uğrunda" partiyasının sədri Gert Vilders ölkəsinin Avropa Birliyində üzvlüyü haqqında referendum keçirilməsini istəyib.

Vilders bununla bağlı "Biz öz ölkəmizə, öz pullarımıza, öz immiqrasiya siyasətimizə sahib çıxmalıyıq. Hollandiya tez bir vaxtda Avropa Birliyinə üzvlük haqqında öz rəyini bildiriməlidir", - deyə bəyan edib.

Agentliklərin bildirdiyinə görə, Vilders hazırda ölkədə ən populyar siyasətçisidir. Onun partiyası gələn ilin mart ayında keçiriləcək seçkilər ərəfəsində rəy sorğularında birincidir.

Vilders də qələbə qazanacağı təqdirdə ölkəsinin Avropa Birliyinə üzvlüyü ilə bağlı referendum keçirəcəyini bildirib.

Bu yaxınlarda keçirilən sorğuları Hollandiya əhalisinin 54 faizi referendum keçirilməsinə tərəfdar olduğunu göstərib.

Xatırladaq ki, artıq dünən Böyük Britaniyada keçirilən referendumda birtaniyalılar Avropa Birliyindən çıxmaq haqqında qərar veriblər. (musavat)

Mediainfo.az