Bill Klinton arvadının yanında qadınları süzdü

Bill Klinton arvadının yanında qadınları süzdü

23 Avqust 2011 13:40
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın dövlət katibi Hillari Klinton dünən bir az istirahət etmək qərarına gəlib. O, əri - Birləşmiş Ştatların sabiq prezidenti Bill Klinton ilə birlikdə Nyu-York küçələrini piyada dolaşıb.

Son vaxtlar nadir hallarda bir yerdə görünən Klintonlar şəhərin ən lüks küçələrindən biri olan "Madison Avenue"də alış-verişə çıxıblar.

Mühafizəçilərin çox ciddi qoruduqları ərlə arvad əl-ələ tutub gəziblər, onları maraqla izləyən şəhər sakinləri ilə görüşüblər. Arvadbazlığı ilə ad çıxarmış Bill Klinton xanımının yanında olmasına rəğmən, küçədə gördüyü gözəl qadınları "maraq"la süzüb. Jurnalistlərin suallarını cavablayan 63 yaşlı Hillari Klinton isə ABŞ-dakı növbəti seçkilərdən sonra siyasəti tərk edəcəyi ilə bağlı iddiaları şərh etməyib.

Ətək qısaldıqca, hesab böyüyür.

Günel Həbib

O.M.