Dövlət səviyyəsində ittiham olunan eks ledinin halı pisləşib

Dövlət səviyyəsində ittiham olunan eks ledinin halı pisləşib

22 Avqust 2011 17:44
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun səhhəti kəskin pisləşib. Onun vəkili Yuri Suxovun dediyinə görə, Y.Timoşenkonun məhkəmə prosesində iştirakı sual altındadır. "Ona baxanda anlaşılır ki, səhhəti pisləşib. Qanaxmaların sayı artıb və xanım Timoşenko özünü pis hiss edir", - Suxov Kiyevin Peçora rayon məhkəməsinin binası qarşısında jurnalistlərə deyib. Timoşenkonun cinayət işinə məhz burada baxılır. Timoşenkonun özü isə naməlum xəstəliyə tutulduğunu və bu mərəzin inkişaf etdiyini deyib. "Tanımadığım həkimlərə etibar etmirəm. Öz həkimimin məni müayinə etməsini istəyirəm", -"Narıncı ledi" deyib.

Y.Timoşenkonun məhkəməsi iyunda başlanıb. O, 2009-cu ildə Rusiyadan təbii qazın alınması ilə bağlı müqavilələr imzalanarkən səlahiyyətlərini aşmaqda və dövlətə zərər verməkdə ittiham olunur.

Məhkəmə adı gələndə çoxlarının halı pisləşir.

Günel Həbib

O.M.