"Şən diktatorların" dövrü bağlandı!

"Şən diktatorların" dövrü bağlandı!

22 Avqust 2011 16:29
Bəyəndim (0) Bəyənmədim (0)
Kimin əvvəli, kimin axırı...

Zeynal Abidin Bin Əli (Tunis), Əli Abdulla Salih (Yəmən), Qəddafi və Mübarək (Misir) - 4 devrilmiş lider çox deyil, bir il bundan öncə nəşəli idilər. Onlar Liviyada Ərəb-Afrika Zirvəsində bir araya gəlmişdilər. 2010-cu ilin oktyabr ayında bu zirvəyə ev sahibliyi edən Qəddafi ilə yanaşı həmkarları xoşbəxt halda poza verdilər. Yan-yana dayanmış ərəb liderləri o qədər xoşbəxt görünürdülər ki, fotolar çəkdirəndə onların qəhqəhələri havalarda uçuşurdu.

11 oktyabr 2010-cu ildə bu fotonun 4 qəhrəmanı bu gün devriliblər. Tunisin lideri devrildikdən sonra Hüsnü Mübarək taxt-tacdan endirildi. Yəmənin prezidenti Əli Abdula Salih hücum zamanı ağır yaralanaraq, ölkəsini tərk etmək məcburiyyətində qalmışdı. Və Qəddafi... Hazırda harada olduğu qeyri-müəyyən olsa da, bilinən tək şey 41 illik diktatorun devrilməsidir...

Heç kim və heç nə əbədi deyil.

Günel Həbib

O.M.