Vatikanda azan səsləndi - Erməni terroru

Vatikanda azan səsləndi - Erməni terroru

15 İyun 2016 11:07
Bəyəndim (0) Bəyənmədim (0)

Xristian dinin mərkəzlərindən hesab edilən Vatikanda azan səsi yüksəlib.

Romadakı Vatikana aid dəbdəbəli sarayda - Cancelleriada ötən gün ASALA terror təşkilatı tərəfindən 1977-ci ildə qətlə yetirilən Türkiyənin Vatikandakı səfiri türk diplomat Taha Carım anılıb.


Anım Qurandan ayələrin oxunması ilə başlayıb. Daha sonra qonaqlar üçün iftar süfrəsi açılıb. Mərasimdə həm Türkiyə, həm də İtaliyanın dövlət rəsmiləri, din xadimləri qatılıblar.

Freskalarla bəzədilən salon Vatikan və Türk bayraqları ilə bəzədilib. Anım erməni terroru qurbanının xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.

Səfir Mehmet Paçacı sələfi olan Taha Carımın 9 iyunda 1977-ci ildə erməni terror təşkilatı olan ASALA tərəfindən iqamətgahı önündə qətlə yetirildiyini deyib. Hadisədən 3 gün sonra o zamankı Papa 6 Paul Müqəddəs Pyotr meydanında hücumu pisləyən açıqlama verib.

Səfir jurnalistlərə açıqlamasında şəhid olan diplomatın amım mərasiminin Ramazan ayına təsadüf etdiyi üçün iftar verdiklərini deyib.

Qeyd edək ki, qondarma erməni soyqırımının 100 illiyi ərəfəsində Roma Papasının "soyqırım" haqqında dedikləri Vatikanla Türkiyə münasibətlərinin pozulmasına səbəb olmuşdu. Lakin bundan 10 ay sonra erməni terrorunun qurbanı olan diplomat Vatikan tərəfindən anılmışdı. Bu hadisədən sonra Türkiyə tərəfi diplomatik münasibətləri düzəltmək qərarına gəlib. 2015-ci il aprelin 12-də Vatikandan geri çağırılan səfir Mehmet Paçacı da vəzifəsinin başına geri qaytarılmışdı.

ASALA terror təşkilatları müxtəlif illərdə (1970-80) Avropa şəhərlərində onlarla türk diplomatını qətlə yetirib. (ans)

Mediainfo.az