Baş nazir: "Türkiyə Suriyada yeni dövlətlərin yaradılmasına yol verməyəcək"

Baş nazir: "Türkiyə Suriyada yeni dövlətlərin yaradılmasına yol verməyəcək"

14 İyun 2016 14:19
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə qonşu Suriyada yeni dövlətlərin formalaşmasına yol verməyəcək.

"TRT Haber" telekanalı bildirir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

Onun sözlərinə görə, Suriyanın şimalında yeni dövlətlərin yaranması Ankaranın maraqlarına ziyan vurur, həmçinin ölkənin təhlükəsizliyinə təhdiddir.

B.Yıldırım bildirib ki, Suriyanın şimalında PKK terror təşkilatının Suriya qanadı "azadlıq hərəkatı" şüarı altında fəaliyyət göstərir.

Mediainfo.az