Zakir Həsənov Moskvaya gedir

Zakir Həsənov Moskvaya gedir

14 İyun 2016 14:00
Bəyəndim (0) Bəyənmədim (0)

Sabah Rusiya paytaxtında MDB ölkələri Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.

Apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, iclasda MDB-yə üzv dövlətlərin 2020-ci ilə kimi hərbi əməkdaşlıq Konsepsiyasının həyata keçirilməsi, hava-kosmik müdafiəsi Konsepsiyası layihəsinin işlənilməsi və "Beynəlxalq Hərbi Oyunlar 2016"-nın keçirilməsi məsələlərinə baxılması planlaşdırılır.

İclasda Azərbaycanı müdafiə naziri, general-polkovnik Zakir Həsənov təmsil edəcək.

Mediainfo.az