Azərbaycan prezidenti: "Ermənistan vəziyyətə nəzarət edə bilmir"

Azərbaycan prezidenti: "Ermənistan vəziyyətə nəzarət edə bilmir"

7 İyun 2016 14:38
251
Bəyəndim (0) Bəyənmədim (0)

"Atəşkəs olduqca kövrəkdir, Ermənistan vəziyyətə nəzarət edə bilmir və status-kvo bu cür davam edə bilməz".

Apa-nın məlumatına görə, bunu prezident İlham Əliyev bu gün Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışında deyibş

İşğal olunmuş ərazilərdən bütün işğalçı qüvvələrin çıxarılmasının vacibliyini vurğulayan dövlət başçısı Avropanın indi üzləşdiyi miqrasiya problemi nəticəsində yaranan humanitar böhranı Azərbaycanın 20 il əvvəl yaşadığını qeyd edib, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmədiyi üçün Ermənistana sanksiyaların tətbiq olunmamasından təəssüfləndiyini bildirib.

"Münaqişənin tezliklə həll olunması regionun sabitliyinə xidmət edəcək", - deyən prezident İlham Əliyev bildirib ki, bu çətin vəziyyətə baxmayaraq, Azərbaycan uğurla inkişaf edir.

Son 25 ildə ölkədə çox güclü siyasi və iqtisadi islahatlar həyata keçirilib, bütün azadlıqlar təmin olunub.

"Biz Ermənistanla atəşkəs müddətini ölkəmizin inkişafına sərf etmişik", - deyən dövlət başçısı Azərbaycanın hazırda qlobal enerji layihələrinin həyata keçirilməsində mühüm rol oynadığını vurğulayıb.

Mediainfo.az