Türkiyə nüvə silahı yaradacaq?

Türkiyə nüvə silahı yaradacaq?

12 Aprel 2011 16:50
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ mənbələrinə görə, Türkiyənin yaxın gələcəkdə nüvə silahı yaratmaq istəyi yoxdur, amma bunun tərsinə çevrilmə ehtimalı var.

Hillari Klinton da məhz bu məsələdən narahat olduğunu bildirib. Wikileaks saytının sənədləri arasından çıxan bu məlumat 2009-cu ilə aiddir və bu günə qədər açıqlanmayıb.

Təbii ki, Türkiyənin indiki dövrdə tez bir zamanda atom elektrik stansiyası yaratmaq istəyi və bu yöndə Rusiya ilə yaxınlaşması ABŞ-ı narahat etməyə bilməz.

Türkiyənin Milliyət qəzetində işıq üzü görən sənəd və ortaya qoyulan iddialar maraqlıdır. Qəzet hadisəyə şərh vermədən suallar verib və onları cavabsız qoyub.

Həmin məlumatlarda İranın nüvə silahı yaratmaq istəyinin Türkiyəyə nə dərəcədə təsir etdiyi və bu yolda Türkiyəyə kimlərin dəstək verdiyi sual altında qalıb.

Yaxın Şərqdə gedən proseslər, Türkiyənin bölgədə liderlik arzusu və Osmanlı sərhədlərinə nəzarət istəyi nüvə silahını zəruriləşdirir. Onu da qeyd edək ki, Yaxın Şərqdə Türkiyənin rəqibi sayılan İsrail son məlumatlardan narahatdır. Belə olan şəraitdə Türkiyənin tezliklə bu silahı əldə etmək arzusu real görünür.

ABŞ isə regionda gedən bütün proseslərdən ehtiyat edir

Bölgə barıt çəlləyinə bənzəyir. İstənilən fitil Üçüncü Dünya Müharibəsini alovlandıra bilər...

Elvin Babayev

O.M.