Erməni rejissor: "Biz müharibəyə Kremlin təsiri altında başlamışıq"

Erməni rejissor: "Biz müharibəyə Kremlin təsiri altında başlamışıq"

12 Avqust 2011 13:30
Bəyəndim (0) Bəyənmədim (0)

"Biz müharibəyə Kremlin təsiri altında başlamışıq və qarətlərlə yadda qalan bu müharibədə əldə etdiyimiz belə demək mümkünsə qələbəyə görə məsuliyyət daşıyırıq. Ermənistan birmənalı olaraq, Azərbaycanın ərazi bütövlüyün tanımalı, işğal edilmiş torpaqları geri qaytarmalıdır". Bunu "Qruziya onlayn" agentliyinə müsahibəsində "Qafqaz sülh təşəbbüsləri mərkəzinin" müdiri, rejissor Georqiy Vanyan deyib.

O bəyan edib ki, bundan sonra Azərbaycan və Ermənistan Dağlıq Qarabağda yaşayan ermənilərin və ora qayıdacaq insanların təhlükəsizliyinin zəmanətçisi ola bilərlər. O, əvvəllər yaşadıqları yerə, məsələn Bakı və Sumqayıta qayıtmaq istəməyəcək insanlara kompensasiya verilməli olduğunu da bildirib.

"Erməni yer üzünün ilanı, insanlığın düşmənidir." (Sədi Şirazi)

Tofiq Əliyev

O.M.