Eks prezidentin müalicə pulunu kim ödəyəcək?

Eks prezidentin müalicə pulunu kim ödəyəcək?

11 Avqust 2011 12:53
675
Bəyəndim (0) Bəyənmədim (0)

Misirin sabiq prezidenti Hüsnü Mübarək "Şarm əl-Şeyx" Beynəlxalq xəstəxanasında müalicə olunmaqdadır. Bu günlərdə ortaya çıxan bir sual isə hamının diqqətini cəlb edir. Görəsən, Hüsnünün müalicə pulunu kim və ya kimlər ödəyəcək? "Əl Əhram" qəzetinə verdiyi müsahibəsində ölkənin Səhiyyə nazirinin müavini Abdülhəmid Abaza bildirib: "Xəstəxananın müdiri istirahətə getdiyi üçün Hüsnü Mübarəkin müalicə qəbzi hələ çıxarılmayıb. Amma çox güman ki, qəbzi Daxili İşlər Nazirliyi və ya Hərbi Şura ödəyəcək".

"Əl Masri" qəzeti isə yazır ki, bəzi körfəz ölkələri bu qəbzi ödəmək üçün addım atıblar, lakin Səhiyyə Nazirliyi buna icazə verməyib. Misirdə 1956-cı ildə çıxarılan qanuna əsasən məhkumlar həbsxana və xəstəxana xidmətlərindən təmənnasız istifadə etmə imkanına malikdirlər.0

Vaxt gəlir şahın da dilənçiyə işi düşür.

Günel Həbib

O.M.