Mariya Zaxarova: “Rusiya bunun üçün səy göstərir”

Mariya Zaxarova: “Rusiya bunun üçün səy göstərir”

6 Aprel 2016 14:24
303

Rusiyanın ali rəhbərliyi Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətin sabitləşdirilməsi üçün səy göstərir.

Trend-in məlumatına görə, bunu Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla bu məsələni müzakirə edəcək: "Ümid edirik ki, Rusiya tərəfinin bu intensiv səyləri artəşkəs rejiminin möhkəm bərqərar olmasına və tərəflərin münaqişənin sülh yolu üzrə danışıqlara qayıtmasına xidmət edəcək".

Mediainfo.az