Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

6 Aprel 2016 13:51
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 6-da ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorliki, İqor Popovu, Pyer Andryönü və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Görüşdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı vəziyyət müzakirə olundu.

Həmsədrlər cəbhə xəttində atəşkəs razılaşmasının əldə olunmasını alqışlayıblar. Onlar belə bir fikri diqqətə çatdırıblar ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırda aparılan danışıqlar daha intensiv xarakter almalı və bu danışıqlar nəticəsində münaqişə tezliklə öz həllini tapmalıdır.

Mediainfo.az