Rusiyanı təhlükəli hesab edən ölkələr - SİYAHI

Rusiyanı təhlükəli hesab edən ölkələr - SİYAHI

6 Aprel 2016 00:45
Bəyəndim (0) Bəyənmədim (0)

Amerikanın Qellapa ictimai rəyi öyrənmə institutu müəyyən edib ki, bir çox Şərqi Avropa və postsovet ölkələrinin sakinləri Rusiyanı öz dövlətləri üçün başlıca təhlükə hesab edirlər.

Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, institutun sorğusunun nəticəsi göstərib ki, Polşa vətəndaşlarının 69, Estoniya vətəndaşlarının 58, Rumıniyada yaşayanların 57, Ukrayna əhalisinin 52, Gürcüstanda yaşayanların 48, Litvadakıların 46, Latviya əhalisinin 42, Slovakiyadakıların 17, Moldova vətəndaşlarının 16, Çexiya sakinlərinin 15 və Macarıstandakıların 14 faizi Rusiyanı dünyada bir nömrəli təhlükə hesab edir.

Ümumilkdə Şərqi Avropada rəyi soruşulanların 40, postsovet ölkələrində isə 22 faiz əhalinin fikrincə, Moskva təhlükəlidir. Avropa İttifaqına üzv olan ölkələrdə rəyi soruşulanların 4 faizi (daha çox Bolqarıstanda – 14 faiz), Rusiyanı çıxmaqla postsovet respublikalarında isə 16 faiz amerikalıları təhlükəıli hesab edir.

Eyni zamanda, rusiyalıların 64 faizi Vaşinqtonu dünya üçün bir nömrəli təhlükə sayır. Belarusda belələri 44, Qazaxıstanda 36 faiz, Qırğızıstanda rəyi soruşulanların üçdə biri qədərdir. ABŞ-da Rusiyadan əhalinin cəmi 14 faizi qorxur. Bununla belə, bəzi xalqlar üçün ən təhlükəli düşmən nə ABŞ, nə də Rusiya deyil. Məsələn, yunanların 39 faizi dünya üçün almanları, makedoniyalılar yunanları (14 faiz) və türkmənlər Əfqanıstanı (51 faiz) təhlükə hesab edir.

Mediainfo.az