Ukrayna prezidenti İlham Əliyevə zəng edib

Ukrayna prezidenti İlham Əliyevə zəng edib

6 Aprel 2016 00:18
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna prezidenti Pyotr Poroşenko aprelin 5-də Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

Poroşenko Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son hadisələrlə bağlı narahatlığını ifadə edib.

Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə beynəlxalq təşkilatlar çərçivəsində həllinin vacibliyini vurğulayıblar.

Ukrayna prezidenti bu münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həlli ilə bağlı ölkəsinin mövqeyinin dəyişməz olduğunu bildirib.

Söhbət zamanı Azərbaycan və Ukrayna prezidentləri ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Mediainfo.az