İlham Əliyev Nevada Ştat Assambleyasının sədrini qəbul edib

İlham Əliyev Nevada Ştat Assambleyasının sədrini qəbul edib

5 Aprel 2016 14:36
251

Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın Nevada Ştat Assambleyasının sədri Con Həmbriki qəbul edib.

Apa-nın məlumatına görə, prezident İlham Əliyev Birləşmiş Ştatlara son səfərini məmnunluqla xatırlayaraq ABŞ rəhbərliyi ilə çox səmərəli görüşlər keçirdiyini dedi və bu görüşləri ölkələrimiz arasında olan strateji əməkdaşlığın bir daha təsdiqi kimi dəyərləndirib.

Dövlət başçısı ABŞ prezidenti Barak Obamanın təşəbbüsü ilə təşkil olunan Nüvə Təhlükəsizliyi Sammitinin önəminə toxunaraq hazırda dünyada terror təşkilatları tərəfindən nüvə materiallarının əldə olunması təhdidinin meydana gəldiyi bir zamanda bu tədbirin xüsusi əhəmiyyət daşıdığını deyib.

Prezident İlham Əliyev IV Nüvə Təhlükəsizliyi Sammitinin uğurla təşkil olunması münasibətilə ABŞ hökumətinə təbriklərini çatdırıb. Dövlət başçısı ikitərəfli münasibətlərimiz çərçivəsində Azərbaycanın ABŞ-ın ayrı-ayrı ştatları, o cümlədən Nevada ştatı ilə əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib və Nevada ştatı ilə artıq dostluq münasibətlərinin qurulduğunu qeyd edib.

C. Həmbrik isə ölkəmizə səfərindən və ona göstərilən qonaqpərvərlikdən çox məmnun olduğunu bildirib. O, prezident İlham Əliyevə Milli Məclisdə keçirdiyi görüşlər barədə məlumat verib. Con Həmbrik Nevada ştatının parlamentinin Azərbaycana dəstək ifadə edən qətnamə qəbul etdiyini məmnunluqla xatırlayıb.

Mediainfo.az