Dövlət Baxçalı: “Qarabağ Qarsa qədər türkündür və türkün olaraq qalacaq”

Dövlət Baxçalı: “Qarabağ Qarsa qədər türkündür və türkün olaraq qalacaq”

5 Aprel 2016 14:24
368

MHP lideri Dövlət Baxçalı Azərbaycan-Ermənistan cəbhə xəttində bir neçə gündür davam edən şiddətli döyüşlərə münasibət bildirib.

Partiyanın qrup toplantısında danışan Baxçalı rəsmi İrəvanı beynəxlaq hüquq normalarına riayət etməyə çağırıb:

"Aprelin 1-də gecə saatlarında Ermənistan Azərbaycan mövqelərini atəşə tutub. Bu hücumda Azərbaycanın 12 hərbçisi şəhid olub. Qarşıdurmalar hazırda da davam edir. Ermənilər türk torpaqları olmasına baxmayaraq, strateji yüksəklikləri itirincə Ağdam, Tərtər, Füzuli istiqamətində top atışları həyata keçirib.

Ermənistan Azərbaycan ərazisinin beşdə birini işğal edib. Ermənistan rəhbərliyi beynəlxalq hüquq normalarına riayət etməli, Dağlıq Qarabağ sülh yolu ilə Azərbaycana qaytarılmalıdır. Bu istiqamətdə ATƏT-in Minsk Qrupu erməni zülmünə son qoymalıdır.

MHP olaraq azərbaycanlı soydaşlarımızın yanındayıq. Qarabağ Qarsa qədər türkündür və türkün olaraq qalacaq. Vətən uğrunda şəhid olan əsgərlərin valideynlərinə, Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk".

Mediainfo.az