DAK bəyanat yaydı

DAK bəyanat yaydı

5 Aprel 2016 13:57
Bəyəndim (0) Bəyənmədim (0)

Dünya Azərbaycanlıları Konqresi son günlər cəbhə bölgəsində yaranmış vəziyyətlə vağlı bəyanat yayıb.

Bəyanatda deyilir: "Ermənistan silahlı qüvvələrinin növbəti dəfə aprel ayının 2-nə keçən gecə Azərbaycan dövləti və xalqına qarşı silahlı təxribat törədərək yaşayış məntəqələrini və dinc sakinləri ağır hərbi texnikalardan atəşə tutmasını pisləyir və bunların dərhal durdurulmasını tələb edirik.

Dünya Azərbaycanlıları Konqresinin (DAK) yaydığı bəyanatda belə deyilir. Bəyanatda o da qeyd edilir ki, Ermənistanın hərbi işğalı ilə üzləşən Azərbaycan beynəlxalq hüquq çərçivəsində haqlı olaraq Ermənistana tutarlı cavabı vermiş və bu təxribatçı siyasətlərini dəvam etdirəcəkləri təqdirdə cavab verməyə dəvam edəcəkdir.

90-cı illərin əvvəlində dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan qonşu Ermənistanın işğalçılıq siyasətindən və bundan irəli gələn humanitar fəlakətdən, erməni terror dalğasından ciddi əziyyət çəkib. Erməni terrorçu təşkilatları Azərbaycanda 300-dən artıq terror aktı törədib, Dağlıq Qarabağdakı və ətrafdakı şəhər və kəndlərimiz yerlə-yeksan edilib, nəticədə minlərlə vətəndaşımız qətlə yetirilib, yaralanıb və itkin düşüb. İşğalçılıq, dini və milli ayrı-seçkilik, terror Ermənistanın dövlət siyasəti olub və təəssüf ki, bu gün də davam etdirilir.

Bu gün BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Azərbaycana ərazi bütövlüyünü bərpa etməyə tam hüquq verir. Ermənistan işğalçı qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı beynəlxalq təşkilatların çoxsaylı çağırışlarına baxmayaraq işğalı davam etdirir və təmas xəttində təxribatlar törədir. Dünya ictimaiyyəti Ermənistanın son təxribatçı fəaliyyətini qəti şəkildə pisləməli, Ermənistanın işğalçılıq siyasətinin qarşısını almaqdan ötrü təcili hərəkətə keçməli və Azərbaycanın əzəli torpaqlarını boşaltmağı tələb etməlidir. Xüsusilə də ATƏT-in Minsk qrupu bütün imkanlarından istifadə etməlidir ki, Ermənistanın bu hərbi təcavüzünün qarşısını alsınlar.

Azərbayan tərəfi öz torpaqlarını qoruyur və erməniləri yaşayış məntəqələrindən uzaqlaşdırmaqdan və son dönəmlərdə mütəmadi olan təxribatların qarşısını almaq üçün öz xalqını qoruyur. Dağlıq Qarabağ münaqişəsi dinc yolla Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Artıq Azərbaycan Silahlı Qüvvələri beynəlxalq qurumların təkidli müraciətlərini də nəzərə alaraq işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırdığını açıqlayıb bə bundan sonra da düşmənin bütün təxribatlarının cavabsız qalmayacağına və düşmənə bundan sonra da layiqli cavab veriləcəyinə əminik.

Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı kimi Dünya Azərbaycanlıları Konqresi də dövlətimizin və ordumuzun yanındadır və Azərbaycanın haqq işinə dəstək verməyə hər an hazırdır. Şəhid ailələrinə və yaxınlarına səbr, yaralanlara Allahdan şəfa diləyirik,- DAK sədri Asif Kurbanın imzaladığı bəyanatda belə deyilir".

Mediainfo.az