Elmar Məmmədyarov iranlı həmkarı ilə görüşüb
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb. Apa-nın məlumatına görə, İranın Ramsar şəhərində keçirilən görüşdə ikitərəfli və regional məsələlər müzakirə edilib.
Xatırladaq ki, bu gün və sabah Ramsarda Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Mediainfo.az
Digər xəbərlər