İran Qarabağla bağlı qərar verdi - Tərəfsizik

İran Qarabağla bağlı qərar verdi - Tərəfsizik

5 Aprel 2016 13:37
Bəyəndim (0) Bəyənmədim (0)

İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyası Azərbaycan-Ermənistan cəbhə xəttindəki son toqquşmaları müzakirə edib.

Toplantıya İran Xarici İşlər Nazirliyinin nümayəndəsi də qatılıb.

İki ölkə arasında davam edən qarşıdurmalar və döyüş bölgəsindən İrana atılan mərmi mövzusunda komissiya üzvlərinə məlumat verən nazirlik nümayəndəsi Tehranın "tərəfsiz" bir siyasət yürütdüyünü deyib.

Komissiya üzvlərindən millət vəkili İbrahim Ağa Məhəmmədi çıxışında hərbi qarşıdurmanın törədə biləcəyi fəsadlardan danışıb:

"Qarşıdurmalar hər iki ölkənin ziyanınadır. İran da tərəfsiz mövqe tutaraq qarşıdurmaların dayandırılmasına çalışır".

Xatırladaq ki, bu gün Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə İranın Ramser şəhərində yığıncaq təşkil olunacaq. Görüşdə Azərbaycan-Ermənistan arasındakı qarşıdurmaların xüsusi müzakirə olunacağı gözlənilir.

Mediainfo.az