Elmar Məmmədyarov  İrana getdi

Elmar Məmmədyarov İrana getdi

5 Aprel 2016 10:25
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ramsarda keçirilən Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşündə iştirak etmək üçün İrana yola düşüb.

Bu barədə XİN-nin "twitter" səhifəsində məlumat verilib.

Görüşdə üçtərəfli regional əməkdaşlıq layihələri və qarşılıqlı faydalı əməkdaşlığa xidmət edən digər məsələlər müzakirə olunacaq.

Bununla yanaşı, E. Məmmədyarov həmkarlarını cəbhədə yaranmış vəziyyət və Ermənistanın təxribatları barədə məlumatlandıracaq.

Mediainfo.az