Matviyenko: “Sülh danışıqları davam etdirilməlidir”

Matviyenko: “Sülh danışıqları davam etdirilməlidir”

4 Aprel 2016 15:56
Bəyəndim (0) Bəyənmədim (0)

"Bakı və İrəvan Dağlıq Qarabağ ətrafında eskalasiyanın məsuliyyətini dərk etməlidir. Münaqişə dinc siyasi yolla həll olunmalıdır". Rusiya KİV-nin məlumatına görə, bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko açıqlama verib. O bildirib ki, Rusiya həmişə münaqişənin dinc yolla həllinə tərəfdar olub.

"Rusiya silahlı münaqişənin dərhal dayandırılması və sülh danışıqlarının davam etdirilməsinin tərəfdarıdır" deyə, Şura sədri bildirib.

Mediainfo.az