Peskov: “Putin nə Azərbaycan prezidentinin köməkçisi, nə də Sarkisyanla telefonla danışmayıb”

Peskov: “Putin nə Azərbaycan prezidentinin köməkçisi, nə də Sarkisyanla telefonla danışmayıb”

4 Aprel 2016 15:04
Bəyəndim (0) Bəyənmədim (0)

"Vladimir Putin Azərbaycan prezidentinin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla telefon danışığı aparmayıb".

Apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Hələlik telefon danışığı olmayıb. Bildiyiniz kimi XİN başçıları səviyyəsində intensiv dialoq gedir. Əgər belə əlaqə olarsa, məlumat veriləcək", - deyə Peskov qeyd edib.

Mediainfo.az