Moldoviyalı millət vəkilindən Azərbaycana dəstək verildi - FOTO

Moldoviyalı millət vəkilindən Azərbaycana dəstək verildi - FOTO

4 Aprel 2016 12:48
Bəyəndim (0) Bəyənmədim (0)

Moldovanın millət vəkili Aureliya Qriqoriu son günlərdə Azərbaycan və Ermənistan arasında gedən döyüşlərdə Azərbaycanın yanında olduğunu bildirib.

Millət vəkili Feysbuk sosial şəbəkəsindəki fotosunu Azərbaycan bayrağı fonunda paylaşıb.

Qeyd edək ki, keçmiş ombudsman Aureliya Qriqoriu 4 iyul, 2013-cü ildə İrəvanda keçirilən "Avropa Şurasının üzv ölkələrində Avropa standartları hüququn aliliyi və sərhədləri sərəncamı" konfransında, Ermənistan Parlamentinin önündə, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması ilə bağlı çıxış edib. Bundan sonra ermənilərin ciddi təhdidi ilə qarşılaşsa da, bu günə qədər Azərbaycana münasibətini dəyişməyib və fikrindən dönməyib. (axar)

Mediainfo.az