İran hər iki tərəfi xəbərdar etdi: "Reaksiyamız sərt olacaq”

İran hər iki tərəfi xəbərdar etdi: "Reaksiyamız sərt olacaq”

4 Aprel 2016 11:31
Bəyəndim (0) Bəyənmədim (0)

İran Ermənistanın atdığı mərminin ölkəsinin ərazisinə düşməsi ilə bağlı rəsmi Bakı və İrəvana xəbərdarlıq edib.

İran hökuməti qondarma Dağlıq Qarabağdan gələcək istənilən aqressiyaya sərt reaksiya verəcəyini bəyan edib. Azərbaycan və Ermənistan isə aprelin 3-ü yaşanan insidentin təkrarlanmayacağına söz verib.

Hazırda mərminin düşdüyü İranın Şərqi Azərbaycan vilayətinin sərhədində təhlükəsizlik bərpa edilib.

Xatırladaq ki, erməni ordusunun Azərbaycanın Füzuli rayonunun Qazaxlar kəndinə atdığı qrad mərmisi İran ərazisinə düşmüşdü. (Qafqazinfo)

Mediainfo.az