Nemət Pənahlı xalqa səsləndi: "Hamını dövlətin yanında olmağa çağırıram"

Nemət Pənahlı xalqa səsləndi: "Hamını dövlətin yanında olmağa çağırıram"

3 Aprel 2016 14:01
295

Bir neçə gün öncə məhbəsdən azadlığa biraxılan MDP sədri Nemət Pənahlı Azərbaycan xalqına müraciət edib.

Sosial şəbəkələr vasitəsilə yayılan müraciətdə deyilir:

"Ötən gün ərzində və bu saatların özündə də cəbhə bölgələrində vəziyyət gərgin olaraq qalır və görünən odur ki, irimiqyaslı döyüş əməliyyatları həyata keçirilir. Olduğca ziddiyyətli xəbərlər gəlməkdədir və tərəflərin ciddi itkilər verdiyi, durumun hələ də sabitləşmədiyi bildirilir.

Belə gərgin bir vəziyyətdə bütün tərəfdarlarıma səslənir, hakimiyyətə münasibətindən və siyasi mövqeyindən asılı olmayaraq, fəaliyyətdə olan bütün ictimai-siyasi təşkilatlara və bütövlükdə Azərbaycan xalqına müraciət edərək, hamını dövlətin yanında olmağa, ordumuza mənəvi və maddi dəstəyini əsirgəməməyə çağırıram.

Allahdan şəhidlərimizə rəhmət, yaralı əsgərlərimizə şəfa, ordumuza zəfərlər diləyirəm.

Azərbaycan çoxdan haqq etdiyi qələbəni, xalqımız isə qələbə sevincini, yalnız və yalnız millətlə dövlətin vəhdəti halında qazanacaq və bu günlərdə həmin vəhdət sınağa çəkilməkdədir. Dövlətimizə də, xalqımıza da bi sınaqdan üzüağ çıxmağı diləyir və bir daha hamını dövlətin yanında olmağa çağırıram".

Mediainfo.az