Belarus Müdafiə Nazirindən Qarabağ zəngi

Belarus Müdafiə Nazirindən Qarabağ zəngi

3 Aprel 2016 13:41
Bəyəndim (0) Bəyənmədim (0)

Belarusun Müdafiə naziri Andrey Ravkov Azərbaycan və Ermənistandan olan həmkarlarına zəng edib.

Ravkov Belarus prezidenti adından həmkarları ilə telefon söhbəti zamanı cəbhədə yaranmış situasiya barədə müzakirələr aparıb.

Bundan əlavə, Belarusun Xarici İşlər Naziri Vladimir Makey Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarova zəng edib. Söhbət zamanı baş verən son hadisələr müzakirə olunub.

Məlumata görə, Vladimir Makeyin Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla da telefon söhbəti planlaşdırılır. (axar)

Mediainfo.az