Pakistandan dəstək: "Azərbaycanın yanındayıq"

Pakistandan dəstək: "Azərbaycanın yanındayıq"

3 Aprel 2016 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistan Ermənistanla münaqişədə Azərbaycana yardım etməyə hazırdır.

"Report" xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyinin Facebook-dakı rəsmi səhifəsində bildirilib.

"Pakistan xalqı Ermənistanla münaqişədə Azərbaycanı dəstəkləyir, Dağlıq Qarabağ regionu Azərbaycana məxsusdur", - bəyanatda deyilir.

Eyni zamanda, MN-in Facebook səhifəsi Azərbaycan və onun Silahlı Qüvvələrinə dəstək nümayiş etdirmək üçün örtük şəklinə Azərbaycanın dövlət bayrağını yerləşdirib.

Xatırladaq ki, Pakistan Ermənistanı dövlət kimi tanımır.

Mediainfo.az