Fransalı senatordan BMT-ə çağırış: `Erməni təcavüzü pislənilməlidir`

Fransalı senatordan BMT-ə çağırış: `Erməni təcavüzü pislənilməlidir`

3 Aprel 2016 12:50
246

Fransalı senator Natali Qule Azərbaycana qarşı erməni təcavüzünü pisləyərək BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini çağırıb.

Natali Qule Trend-ə açıqlamasında erməni təxribatlarını qətiyyətlə pislədiyini və münaqişəyə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin kifayət qədər diqqət yetirmədiyinə görə çox təəssüfləndiyini bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi barəsində istifadə edilən "dondurulmuş münaqişə" termini, status-kvonun saxlanılmasının səbəbidir.

Senator söyləyib ki, əslində dondurulmuş münaqişənin dondurulmuş həlli olur: "Azərbaycan xalqına sözsüz güclü dəstək kimi, mən BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini çağırıram və Azərbaycana qarşı erməni təcavüzü pislənməlidir. Neçə illərdi sürən işğaldan sonra münaqişənin həll olunması vaxtı çatıb, çünki dünyaya Cənubi Qafqazda yeni hərbi əməliyyatlar səhnəsi lazım deyil. Biz bütün əlaqədar tərəfləri ədalətli həlli tapmağa cəlb edə bilərik və Dağlıq Qarabağın erməni işğalından qurtarılmasına kömək edə bilərik".

Mediainfo.az