Şimali Koreya dənizə raket atır

Şimali Koreya dənizə raket atır

1 Aprel 2016 11:07
Bəyəndim (0) Bəyənmədim (0)

Şimali Koreya şərq sahilindən dənizə raket atıb. Bundan bir neçə saat öncə Cənubi Koreya, Yaponiya və Birləşmiş Ştatlar Pxenyanı provokasiyaları son qoymağa çağırıb, əks halda, daha çox təzyiqlə üzləşəcəyini bildirib.

Cənubi Koreya rəsmisi raketin aprelin 1-də atıldığını deyir. Digər bir rəsmi bunun yaxınmənzilli, yer-hava tipli raket olduğunu bildirib.

Martın 31-də ABŞ Prezidenti Barak Obama Vaşinqtonda Cənubi Koreya prezidenti Park Geun-hye və Yaponiyanın Baş naziri Shinzo Abe ilə görüşüb. Onlar Pxenyana nüvə fəaliyyətinə görə təzyiqi artırmağa razılaşıblar ("Azadlıq" radiosu).

Mediainfo.az