Suriyada qarşıdurma nəticəsində ölənlərin sayı 2 min nəfəri keçib

Suriyada qarşıdurma nəticəsində ölənlərin sayı 2 min nəfəri keçib

5 Avqust 2011 14:55
856
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ dövlət katibi Hillari Klinton öz çıxışında bildirib ki, Suriyada davam edən daxili qarşıdurma nəticəsində ölənlərin sayı 2 min nəfəri keçib. O deyib ki, təkcə mühasirədə saxlanılan Həma şəhərində prezident Bəşər Əsədə sadiq hərbi qüvvələrin apardığı əməliyyat zamanı onlarla mülki insan həyatını itirib. Hazırda həmin şəhər sakinləri dərman, su və qida çatışmazlığından əziyyət çəkir. H. Klinton deyib ki, müxalifətin aksiyaları qəddarcasına yatırdan Suriya iqtidarına qarşı təzyiqlər davam etdiriləcək.

Kəssə hər kim tökülən qan izini...

Tofiq Əliyev

O.M.